Pedro Enrike "Sivasspor"la vidalaşdı

Braziliyanın "İnternasyonal" klubuna transfer olunan Pedro Enrike "Sivasspor"la vidalaşıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi özünün sosia media hesabnda yazıb: "İllərlə ölkə xaricində oynadıqdan sonra qızımın müalicəsi müddətində yanında olmaq istəyimi "Sivasspor" rəhbərliyinə bildirdim. Bu məsələdə məni anlayışla qarşıladığı üçün başda prezident Mecnun Otyakmaz və vitse-prezident Erdar Sarılan  olmaqla hər kəsə təşəkkür edirəm. Baş məşqçi Rıza Çalımbaya transfer müddətində anlayışına görə minnətdaram. Yaxşı və pis günlərimdə mənə dəstək olan azarkeşlərimizə, klub əməkdaşlarımıza, məşqçilərimizə, komanda yoldaşlarımıza, və rəhbərliyə təşəkkür edirəm.Hamınızı sevirəm".

Xatırladaq ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib. O, bu mövsümün əvvəlində "Sivasspor"a transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right