Avropa Liqası: "Barselona" mübarizəni dayandırdı Yenilənib

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Günün ilk matçında İtaliya "Atalanta"sı doğma meydanda "Leypsiq"i qəbul edib. Komandalar arasındakı ilk qoyunda qollu bərabərlik qeydə alınıb - 1:1. Berqamodakı görüşdə iki cavabslz qolla üstün olan Almaniya klubu yarımfinala adlayıb.

Turnirin favoritlərindən "Barselona" "Kamp Nou"da "Aytraxt"la üz-üzə gəlib. Almaniya klubu səfərdə gözlənilməz qələbə əldə edib - 3:2 İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından Frankfurt təmsilçisi növbəti mərhələyə yüksəlib.

"Vest Hem" səfərdə "Lion"a 3 cavabsız qolla qalib gəlib. İngiltərədəki oyunda 1:1 hesabı qeydə alındığından "çəkicdöyənlər" yarımfinalçı adını qazanıb.

Avropa Liqası
1/4 final, cavab oyunları

14 aprel

"Atalanta" (İtaliya) - "Leypsiq" (Almaniya) - 0:2
Qollar:
 Nkunku, 18, 87
İlk oyun - 1:1

"Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3
Qollar
: Buskets, 90+1, Depay, 90+10 - Koştiç, 4 (pen.), Borre, 36
İlk oyun - 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right