Karlo Ançelotti Çempionlar Liqasında ilkə imza atdı

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.

İtaliyalı məşqçi ardıcıl 4 onillikdə bunu bacaran ilk baş məşqçi kimi tarixə düşüb. Təcrübəli mütəxəssis 1999-cu ildə İtaliyanın “Yuventus”, 2003, 2005, 2006, 2007-ci illərdə “Milan” klublarıyla, 2014 və 2015-ci illərdə isə “Real”la yarımfinala yüksəlib.

O, qitənin bir nömrəli klub turnirində 8-ci dəfə bu raunda vəsiqə qazanmaqla Xosep Qvardiola və Joze Mourinyonun rekordunu da təkrarlayıb.

“Real” 1/4 finalda “Çelsi”ni iki oyunun nəticəsinə (3:1, 2:3) əsasən mübarizədən kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right