Karlos Tevez İngiltərəyə qayıtdı

Argentina millisinin sabiq futbolçusu Karlos Tevez yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Newsport.az saytının məlumatına görə, 38 yaşlı hücumçunun “Tottenhem”in formasını geyinmək variantı yaranıb.

Ötən ilin yayında “Boka Xuniors”dan ayrıldıqdan bəri klubsuz qalan Tevez vaxtilə “Yuventus”da rəhbərliyi altında oynadığı “Tottenhem”in baş məşqçisi Antonio Konte ilə görüşmək üçün İngiltərəyə qayıdıb. Onun durumuna tərəflər arasında aparılacaq danışıqlardan sonra aydınlıq gələcək. Tevez hələ də karyerasını bitirmək fikrində deyil.

Qeyd edək ki, Karlos Tevez karyerası ərzində İngiltərədə “Mançester Siti”, “Mançester Yunayted” və “Vest Hem”in şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right