"Real"ın zədəli futbolçusu Ferlan Mendi La Liqanın 29-cu turunda "Barselona" ilə matçı buraxacaq.
Newsport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 26 yaşlı müdafiəçi ən az 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq.
Madrid təmsilçisinin digər zədəli oyunçusu Kərim Benzemanın "El-Klassiko"da iştirak edib-etməyəcəyi isə sual altındadır.
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması martın 20-si Bakı vaxttı ilə saat 00:00-da başlayacaq.