“Nant” səfərdən xalsız döndü

Futbol üzrə Fransa çempionatında 28-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, 3 günü əhatə edəcək turun açılış matçında “Lill” və “Sent-Etyen” kollektivləri üz-üzə gəliblər. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Şənbə günü iki qarşılaşma baş tutub. “Monpelye” – “Nitsa” matçında qapılara qol vurulmayıb. “Trua” isə “Nant”ı tək qolla məğlub edib.

Çempionlar Liqasında “Real”a məğlubiyyətin üzüntüsünü yaşayan PSJ autsayder “Bordo”nu sınağa çəkəcək.

“Nitsa” bu turda “Monpelye”nin, “Marsel” isə “Brest”in qonağı olacaq.

“Lion“ – “Renn” matçını da turun maraqlı oyunları sırasına aid etmək olar.

Fransa Liqa 1, 28-ci tur

11 mart

Lill – Sent-Etyen 0:0

12 mart

Monpelye – Nitsa 0:0

Trua – Nant 1:0
Qol: Uqbo, 43.

13 mart

16:00 PSJ – Bordo
18:00 Anje – Reyms
18:00 Klermon – Loryan
18:00 Mets – Lans
18:00 Strasbur – Monako
20:05 Lion – Renn
23:45 Brest – Marsel

Bombardir: Vissam Ben Yedder (Monako), Kilian Mbappe (PSJ) – 15 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right