"Real" - PSJ oyunundan sonra qalmaqal "Səni öldürəcəyəm"

PSJ prezidenti Nasser Əl-Xəlaifi Çempionlar Liqasının 1/8  finalının "Real"la cavab oyununda  hakim qərarlarına görə əsəbiləşib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, matç başa çatdıqdan sonra klub rəhbəri Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadasına iradını bildirmək üçün tribunanın altına düşüb.

Qətərli iş adamı bu zaman qışqıraraq ətrafdakı əşyaları dağıdıb. Ancaq o, hakim otağını tapmayıb və səhvən "Real"ın nümayəndəsi Karlos Davilanın otağa daxil olub. Bir neçə nəfər onu stadionun xidməti qurğusundan çətinliklə çıxarıb.

"El Partidazo de Cope"nin məlumatına görə, "Real"ın təmsilçisi vəziyyəti lentə almağa çalışıb. Bunu görən Əl-Xelaifi “səni öldürəcəyəm” deyə qışqıraraq ona yaxınlaşıb. PSJ prezidentini öz mühafizəçiləri saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right