Çempionlar Liqası 1/8 final mərhələsinin "Real"la oyunu öncəsi PSJ-də Mbappe narahatlığı yaşanır.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Paris təmsilçisinin dünən baş tutan məşqini yarımçıq tərk edib. İdrissa Qeye ilə ilə ikili mübarizə zamanı ayağından zərbə alan fransalı forvardın "Real"a qarşı oynayıb-oynamayacağı məlum deyil.
Qeyd edək ki, "Real" - PSJ matçı sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. Bu komandalar arasında Fransada keçirilən ilk görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.