İspaniyanın “Valensiya” klubu gürcü qapıçını transfer edib.
Newsport.az-ın məlumatına görə, “yarasalar” “Dinamo”(Tbilisi) klubuna məxsus olan Giorgi Mamardaşvilinin transfer hüququna malik olub.
Yayda İspaniya klubu 21 yaşlı qapıçını 1 illik icarəyə götürmüşdü.
Müqaviləyə əsasən o, 2024-cü ilə kimi “Valensiya”ya məxsus olacaq.