"Barselona"da koronavirusa yoluxan futbolçuların sayı 10-a yüksəldi

İspaniyanın "Barselona" klubunda koronavirusa yoluxanların sayı artıb.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin futbolçuları Filipe Koutinyo, Serjinyo Dest və Ez Abdenin də COVİD-19 testlərinin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edəkki, "Barselona"da daha əvvəl Klemen Lanqle, Dani Alveş, Qavi, Samuel Umtiti, Usman Dembele, Alexandro Balde və Jordi Alba koronavirusa yoluxub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right