Qvardiola İngiltərə Premyer Liqasında şəxsi rekordunu yeniləyib

"Mançester Siti"nin səfərdə "Brentford"u minimal hesabla məğlub etdiyi İngiltərə Premyer Liqasının XX tur matçı "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Newsport.az xəbər verir ki, Mançester təmsilçisi ispaniyalı mütəxəssisin rəhbərliyi altında 4-cü dəfə ardıcıl 10 oyunluq qələbə seriyasına imza atıb.

Qvardiola ölkə çempionatında hələlik bu göstəriciyə çatan yeganə baş məşqçi kimi öz rekordunu yeniləyib. Premyer Liqada heç bir mütəxəssis 2 dəfədən artıq bu uğura nail ola bilməyib.

Qeyd edək ki, "Brentford" - "Mançester Siti" görüşü qonaqların 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right