Ferran Torres rəsmən "Barselona"da

"Barselona" "Mançester Siti”nin hücumçusu Ferran Torresin transferini rəsmiləşdirib.

Newsport.az xəbər verir ki, bu barədə hər iki klubun saytı məlumat yayıb.

Kataloniya təmsilçisi 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro dəyərində göstərilib. La Liqa təmsilçisi yeni transferini yanvarın 3-də “Nou Kamp”da azarkeşlərinə təqdim edəcək.

Keçidin “Barsa”ya 55+10 milyon avroya başa gəldiyi bildirilir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right