Simione ilk dəfə bu aqibəti yaşadı

"Atletiko" İspaniya La Liqasının 21-ci turunda "Qranada"ya 1:2 hesabı ilə məğlub olub.

 

Newsport.az xəbər verir ki, Madrid təmsilçisi çempionatda ardıcıl 4 oyundur ki, məğlub olur. "Atletiko" Dieqo Simionenin rəhbərliyi altında ilk dəfə çempionatda ardıcıl 4 matçda uduzub.

 

Paytaxt klubu ardıcıl olaraq "Malyorka", "Real", "Sevilya" və "Qranada" ilə görüşlərə meydanı xalsız tərk edib.

 

Qeyd edək ki, argentinalı mütəxəssis 2011-ci ildən "Atletiko"nu çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right