Serbiya yığmasında millimizlə oyun öncəsi daha bir itki

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığması daha bir itki ilə üzləşib.

 

Newsport.az-ın məlumatına görə, Filip Curiçiç oktyabrın 12-də millimizlə Belqradda keçiriləcək görüşdə iştirak etməyəcək. O, Lüksemburqla matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

 

İtaliyanın "Sassuolo" klubunun  28 yaşlı yarımmüdafiəçisi görüşün 45+3-cü dəqiqəsində seçmə mərhələdəki ikinci sarı vərəqəsini alıb. 

 

Lüksemburqla oyunda sarı vərəqə alan Strahinya Pavloviç də cəzalı duruma düşdüyündən yığmamıza qarşı oynamayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right