Millətlər Liqasının qalibi müəyyənləşir Yenilənir

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Bundan əvvəl isə İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Final

22:45. İspaniya - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right