“Yuventus” “Çelsi”yə qarşı Yenilənir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq. 
 
Newsport.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupları üzrə daha 8 matç keçiriləcək.
 
Günün ilk görüşləri F və H qruplarında olacaq. Müvafiq olaraq, “Yanq Boyz” İtaliyada “Atalanta” ilə, “Malmö” isə Rusiyada “Zenit”lə üz-üzə gələcək. F qrupunun digər oyununda “Mançester Yunayted” “Vilyarreal”la qarşılaşacaq.
 
Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada “Yuventus"la turnirin son qalibi olan “Çelsi” arasında baş tutacaq.
 
E qrupunda “Barselona” Portuqaliyada "Benfika"nı, “Bayern" isə Kiyev "Dinamo"sunu sınağa çəkəcək.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
29 sentyabr
 
H qrupu
 
20:45. Zenit (Rusiya) – Malmö (İsveç)
23:00. Yuventus (İtaliya) – Çelsi (İngiltərə)
 
F qrupu
 
20:45. Atalanta (İtaliya) – Yanq Boyz (İsveçrə)
23:00. Mançester Yunayted (İngiltərə) – Vilyarreal (İspaniya)
 
E qrupu
 
23:00. Benfika (Portuqaliya) – Barselona (İspaniya)
23:00. Bayern (Almaniya) – Dinamo (Kiyev, Ukrayna)
 
G qrupu
 
23:00. Volfsburq (Almaniya) – Sevilya (İspaniya)
23:00. Zalsburq (Avstriya) – Lill (Fransa)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right