"Millidə pul üçün oynayanlar deyil, ölkə üçün ürəyi döyünənlər oynamalıdı"

Almaniyalı futbolçu Robert Bauer Qazaxıstan milli komandasında çıxış etməyə yaxın olub.

Newsport.az-ın məlumatına görə, alman müdafiəçi vətəndaşlığını dəyişmək üçün Qazaxıstan Futbol Federasiyasından 1 milyon avro istəyib.

Məhz bundan sonra federasiya onunla danışıqları yarımçıq dayandırılıb.

Mənbə məsələ haqda bu cür yazıb: "Qazaxıstan Futbol Federasiya millidə pul üçün oynayanlar deyil, Qazaxıstan üçün ürəyi döyünənlər oynamalı olduğunu düşündükləri üçün Bauerlə danışıqlardan imtina etdilər”.

Xatırladaq ki, futbolçu Almaniyanın U-20 yığmasında və Olimpiya millisində çıxış edib. Qazaxıstan kökənləri olan Bauer “İnqolşdat”, “Verder”, “Nürnberq”, “Arsenal”(Tula) klublarında çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right