Millimizə namizəd futbolçu 3-cü liqa klubu ilə anlaşdı

Azərbaycan milli komandasına namizədlərdən olan Barış Ekincier özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, Ekincier üçüncü Bundesliqada yarışan “Valdhof Manhaym” klubu ilə anlaşıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş Barış “Bohum”dan ayrılması haqda şəxsi instaqram hesabında da paylaşım edib:

“Məni peşəkar edən klubla illər sonra vidalaşmağın vaxtı çatdı. Bu kluba dərin minnətdarlığımı bildirirəm. “Bohum” məni xüsusi etdi, “Valdhof”da yeni era başlayır. Böyük motivasiyaya sahibəm və şadam ki, möhtəşəm azarkeşlər qarşısında oynayacam".

Xatırladaq ki, 2018-ci ildən "Bohum" forması geyinmiş Barış milli komandamızın baş məşqçisi Canni De Byazinin də siyahısındadı. Sadəcə futbolçu son klubunda oyunlara çıxmadığından, oyun praktikasından əziyyət çəkdiyindən o, milliyə dəvət edilmirdi.


 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right