Millimizin rəqibində daha bir futbolçu koronavirusa yoluxdu

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Serbiya ilə qarşılaşacaq Lüksemburq yığmasında daha bir futbolçuda koronavirus aşkarlanıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Dioqo Pimenteldən sonra müdafiəçi Eldin Coqoviçində də koronavirus testi pozitiv çıxıb. Almaniyanın "Maqdeburq” klubunda çıxış edən futbolçu yığmanın heyətindən kənarlaşdırılıb.

Xatırladaq ki, Lüksemburq millisinin müdafiəçisi Marvin Martinslə yarımmüdafiəçi Kris Filipps də zədə səbəbindən millimizə qarşı oynamayacaq.

Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanı qəbul edəcək. Oyun saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right