"Leypsiq"in futbolçusu "Bavariya"da RƏSMİ

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi "Leypsiq"in yarımmüdafiəçisi Marsel Sabitzeri rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Avstriya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. "Bavariya" bu transfer üçün "Leypsiq"ə 16 milyon avro ödəyib. 27 yaşlı futbolçu yeni klubunda 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Marsel Sabitzer son mövsümdə "Leypsiq"in heyətində meydana çıxdığı 39 matçda 9 qol 7 asistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right