"Kloppun etirazı varsa, məhkəməyə müraciət etsin" Pep Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"un baş məşqçisi Yurgen Kloppun "şəhərlilər"in yüksək məbləğli transferlər etməsilə bağlı fikirlərinə cavab verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis almaniyalı çalışdırıcının daha əvvəl digər klubların da işinə qarışdığını xatırladıb:

"Klopp daha əvvəl "Mançester Yunayted", "Çelsi" və PSJ kimi klubları da bu yöndə tənqid edib. Ancaq bütün işlərimiz qanunladır. Əgər Kloppun etirazı varsa, məhkəməyə müraciət etsin. Maliyyə Feyr-Pley qaydaları bizim üçün də keçərlidir. Əgər "Liverpul" narazıdırsa, məhkəməyə şikayət etsin".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right