Levandovskidən yeni rekord

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekord müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı hücumçu buna ötən gecə Bundesliqanın 2021/22 mövsümünün ilk turunda "Borussiya" (Münhenqladbax) ilə matçda (1:1) imza atıb. O, görüşdə fərqlənməklə yerli çempionatda ardıcıl 7 mövsümün startında qol vuran yeganə futbolçu olub.

Həmçinin polşalı oyunçu Münhen təmsilçisinin heyətində 220-ci qarşılaşmasında 204-cü qoluna imza atıb.

Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right