Nazarovun komandası kubokla erkən vidalaşdı

Futbol üzrə Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də ilk matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İnqolştadt”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun Aue təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2. Nəticədə, futbolçumuzun komandası kubokla erkən vidalaşıb.

Nazarov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right