Van Deyk 9 aydan sonra oyuna çıxdı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Liverpul” yoxlama matçında qüvvəsini sınayıb.

Newsport.az xəbər veri ki, Mersisayd klubu “Herta” ilə üz-üzə gəlib.

Qarşılaşma Almaniya təmsilçisinin 4:3 hesablı qələbəsiylə başa çatıb. “Liverpul”un qollarını Sadio Mane, Takumi Minamino, Aleks Oksleyd-Çemberleyn, “Herta”nın qollarını isə Santyaqo Askasibar, Suat Sərdar və Stevan Yovetiç (2) vurub.

“Liverpul”da ötən ilin oktyabrında zədələnən və uzun müddət yaşıl meydanlardan uzaq qalan Vircil van Deyk da bu matçda iştirak edib. Niderlandlı müdafiəçi matçın 69-cu dəqiqəsində meydana çıxıb. Beləliklə, Van Deyk 9 aydan sonra “Liverpul”un oyununda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right