“Bavariya” dünya çempionatının finalında

Futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, Qətərdə təşkil olunan mundialın ilk yarımfinal görüşündə Meksikanın “Tiqres” klubu Braziliya “Palmeyras”ı ilə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.
 
Digər yarımfinal görüşü isə Almaniya nəhəngi “Bavariya” ilə Afrikanın ən güclüsü - Misirin “Əl-Əhli” klubu arasında baş tutub. UEFA Çempionlar Liqasının qalibi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0.
 
Beləliklə, fevralın 11-də baş tutacaq həlledici oyunda “Bavariya” ilə “Tiqres” qarşılaşacaq. Həmin gün həm də “Əl-Əhli” ilə “Palmeyras” üçüncü yer uğrunda oyuna çıxacaq.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right