"Atletiko" bu hücumçunu istəyir

“Atletiko” heyətinə yeni futbolçu qatmaq niyyətindədir.
 
Newsport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Madrid təmsilçisi “Ayntarxt”dan Andre Silvanı transfer etmək istəyir. Almaniya klubu isə qarşı tərəfin 25 yaşlı hücumçu üçün 30 milyon avrodan çox məbləğ təklif edəcəyi təqdirdə danışıqlara başlamağa hazır olduğu bildirilib.
 
Qeyd edək ki, Silva bu mövsüm Bundesliqada 19 oyuna çıxaraq, 17 qol vurub. Portuqaliyalı oyunçu çempionatda Robert Levandovskidən (“Bavariya”) sonra ikinci ən məhsuldar futbolçudur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right