Klopp ciddi səhvlər edən Alissonla nə danışıb?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qapıçıları Alisson Bekerla aralarındakı dialoq haqda danışıb.

28 yaşlı braziliyalı qolkiper dünən Premyer Liqanın “Mançester Siti”yə qarşı matçında qollarla nəticələnən iki kobud səhvə yol verib. Bu səbəbdən onun komandası 1:4 hesabı ilə uduzub.

Newsport.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis bu məsələyə də münasibət bildirib. O deyib: “Biz oyunun taleyini həll edən iki ciddi səhv etdik. Bir görüşdə əgər sənin yaxşı qol imkanların olursa və belə səhvlər də baş verirsə, bu, artıq oyunu öldürür. Bunu hamı bilir. Alissonla bir az əvvəl danışdım. O, sadəcə dedi: “Bu gün yox, bu gün yox...”  Mən isə bildirdim ki, bu, səhvlərin problemidir. Bunu düzəltməyin yeganə yolu isə səhvləri aradan qaldırmağın üzərində işləməkdir. Alisson bənzər hadisələrin təkrarlanmaması üzərində çalışacaq. Bu gün həmin səhvlər həlledici rol oynadı. Amma bu, normaldır. Əvvəllər o, komandamızın həyatını xilas edib. Alisson dünya səviyyəli qapıçıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right