"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə müqavilə imzalamaq istəyir

Almaniyanın "Bavariya" klubunun futbolçusu Jerom Boatenq karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə "Çelsi" maraqlanır.

"Zadəganlar" yay transfer dönəmində müdafiə mövqeyini gücləndirmək niyyətindədir. Təcrübəli oyunçunun Münhen təmsilçisi ilə müqaviləsi iyunda başa çatacaq. Londonlular Boatenqi azad agent kimi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Jerom Boatenq 2020/2021 mövsümündə 22 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right