"Arsenal" alman futbolçunu göndərir

"Arsenal" futbolçusu Şkodran Mustafi ilə yolları ayırmağa hazırlaşır.

Newsport.az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb. Qeyd olunub ki, almaniyalı müdafiəçinin müqaviləsi mövsümün sonuna qədər olsa da, London klubu onunla daha tez vidalaşmaq istəyir.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü 2016-cı ildə "Valensiya"dan "Arsenal"a keçib. Son zamanlar "topçular"ın əsas heyətində yerini itirən 29 yaşlı futbolçu bu mövsüm cəmi 3 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right