AVRO-2020: 12 yoxsa, 1 ölkə?

AVRO-2020 əvvəldən nəzərdə tutulduğu kimi 12 yox, 1 ölkədə keçirilə bilər. Newsport.az xəbər verir ki, bu barədə Almaniyanın "Bavariya" klubunun prezidenti Karl-Hayns Rummeniqqe bildirib. O, "La Gazetta dello Sport"a deyib ki, UEFA prezidenti Aleksandr Çeferin bu məsələni düşünür:
 
"Koronavirus pandemiyası ilə bağlı vəziyyətə çox ciddi yanaşan Aleksandr Çeferinin Avropa çempionatına bir ölkənin ev ahibliyi etməsinin daha doğru olub-olmadığı ilə maraqlandığını bilirəm. Unutmamalıyıq ki, turnirin bir neçə ölkədə keçirilməsi ideyası pandemiyadan əvvəl yaranıb".
 
AVRO-2020 ötən il keçirilməli olsa da koronavirusa görə təxirə salınıb. Turnirin bu il təşkil edilməsi planlaşdırır. Avropa çempionatının 3 qrup, 1 1/4 final oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right