“Borussiya” səfərdən xalsız döndü

Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib

Açılış matçında Münhenqladbax “Borussiya”sı doğma meydanda “Verder”i qəbul edib və minimal hesabla qalib gəlib. “Volfsburq” səfərdə “Maynts”dan, “Hoffenhaym” isə “Herta”dan güclü olub.

Turun mərkəzi görüşündə “Bayer” doğma meydanda Dortmund “Borussiya”sının müqavimətini qırmağa çalışıb. Üç qolun vurulduğu bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Almaniya Bundesliqası

17-ci tur

19 yanvar

Borussiya (Münhenqladbax) – Verder 1:0

Qol: Elvedi, 66.

Maynts – Volfsburq 0:2

Qol: Bialek, 65. Veqorst, 79.

Herta – Hoffenhaym 0:3

Qol: Rudi, 33. Kramariç, 68; 88.

Bayer – Borussiya (Dortmund) 2:1

Qol: Diabi, 14. Virts, 80 – Brandt, 67.

20 yanvar

 

21:30 Şalke – Köln

23:30 Frayburq – Ayntraxt

23:30 Leyptsiq – Yunion

23:30 Auqsburq – Bavariya

23:30 Arminiya – Ştutqart





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right