Mbappe: "Növbəti mövsümdə də PSJ-də olacağam"

PSJ-nin hücumçusu Kilian Mbappe komandadan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Newsport.az-ın məlumatına görə, 21 yaşlı futbolçu Paris təmsilçisindən ayrılmayacağını söyləyib:

 

"PSJ-dəyəm və layihənin bir parçası olaraq qalmaq fikrim var. Yeni mövsümdə də komandada olacağam. Bacardığımız qədər çox titul qazanmalıyıq".

 

Fransa millisinin üzvü ötən mövsüm 32 oyunda 29 qol vurub, 17 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right