"Gələn mövsüm də PSJ-də olacam" Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe gələcək karyerası barədə danışıb. Newsport.az xəbər verir ki, fransalı forvard klubda xoşbəxt olduğunu bildirib:

“Parisdə uğurların bir parçası olmaq istəyirəm. Gələn mövsüm PSJ-də olacam və mümkün qədər çox kubok almağa çalışacağam. Bu il çox vacibdir. Klub 50 illiyini qeyd edir. Komanda və azarkeşlər üçün nə dərəcədə önəmli olduğunu başa düşürəm. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam”.

Qeyd edək ki, “Real”ın 2021-ci ildə Mbappeni heyətəni qatmaq istədiyi bildirilir. 21 yaşlı hücumçunun  PSJ ilə müqaviləsi 2022-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right