"Borussiya" 17 yaşlı futbolçunu 25 milyona aldı

"Borussiya" İngiltərənin "Birmingem" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin transferini bitirib.

Newsport.az klubun saytına istinadla xəbər verir ki, ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 Dortmund təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin keçidi üçün 25 milyon avro təzminatı ödəyib. Bellinqem "Birmingem"in yetirməsidir. Gənc futbolçu bu mövsüm 43 oyunda 4 qol vurub, 3 assist edib.

"Borussiya" bundan öncə PSJ-dən ayrılan belçikalı cinah müdafiəçisi Toma Menyeni transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right