Jiru Fransaya qayıda bilər

İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi"də az forma şansı qazanan Olivye Jiru yayda Fransaya yollana bilər.

Newsport.az-ın məlumatına görə, fransalı hücumçu "Nitsa"nın hədəfindədir. Klubun prezidenti Qatye Qanaye açıqlamasında 32 yaşlı futbolçunu transfer etmək istədiklərini deyib: "Jirunun müqaviləsi başa çatır və bu yaşda olsa da, yaxşı performans sərgiləyir. Maaşı çox yüksək olsa da, transferi mümkün görünür".

London klubunun baş məşqçisi Maurisio Sarri Jirunun "Çelsi"də xoşbəxt olmadığını açıqlamışdı.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm 39 oyuna 12 qol vurub, 8 assist edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah