Samir Məsimov: "Fakel"də məndən Qurban Qurbanov haqda soruşdular"

Futbolçu kimi Rusiyanın "Lokomotiv” və “Spartak” klublarında yetişən Samir Məsimov uzun fasilədən sonra yenidən karyerasını sözügedən ölkədə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 2014-cü ildə “Neftçi”yə transfer olduqdan sonra klubları əlcək kimi dəyişən 21 yaşlı yarımmüdafiəçi artıq Voronejdə çıxış edəcək. O, dünən “Fakel”lə 1+1 illik müqavilə bağlayıb. 

Məsimov müsahibəsində ilkin təəssüratlarını bölüşüb.

 - Rusiya klubuna keçməyimə şadam. Özümü evdəki kimi hiss edirəm. Yaxşı məşqçilər korpusu və kollektivi var. Məni çox isti qarşıladılar. Burada futbolçu kimi inkişaf etmək üçün hər şey var.

- Səni “Fakel”ə kim dəvət etdi? 

- Bu komandaya menecerim vasitəsilə keçmişəm. 

- Azərbaycanda niyə qalmadın? Hansısa təklif var idi?

- Tərlan Əhmədova öz təşəkkürümü çatdırmaq istəyirəm. Qışda çətin vaxtımda məni komandasına dəvət etdi. Mənə çox köməyi dəydi. Amma yayda yerli klublardan mənə konkret təklif gəlmədi.

- “Fakel”ə tramplin kimi baxırsan?

- Bəli, “Fakel”ə məhz Rusiya Premyer Liqasına yüksəlmək üçün tramplin kimi baxıram. 

- Hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovun da futbolçu kimi bir vaxtlar bu komandada çıxış etdiyini bilirsənmi?

- Bəli, bilirəm. Hətta tibbi baxışdan keçəndə məndən onun haqqında soruşdular.

- Səni gələcəkdə milli komandada görə biləcəyikmi?

- Bunu zaman göstərəcək, indi bu haqda danışmaq istəmirəm.(futbolinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right