Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya komandanın bugünkü məşqini buraxıb.

Newsport.az-ın məlumatına görə, bu barədə “Sky Sports” məlumat yayıb. 

23 yaşlı yarımmüdafiəçiyə qastroenterit diaqnozu qoyulub. Ona görə də futbolçu məşqə qatılmayıb. Gürcüstanlı oyunçunun “Empoli”yə qarşı matçda iştirakı da şübhə altındadı. 

Qeyd edək ki, X.Kvaratsxeliya “Napoli”də bu mövsüm 40 oyuna çıxıb, 10 qol vurub və 8 qolun ötürməsini edib. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right