Gürcüstan millisinin baş məşqçisi: "Təklifi qəbul edən vaxtı soruşurdular ki, ora niyə gedirsən?"

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol komandanın 2024-cü il Avropa çempionatında iştirakı ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssis "lelo.ge" portalına açıqlamasında bunları deyib:

"Avropa çempionatına vəsiqə qazanmaq təkcə futbola aid olan hadisə deyil. Bu, bir ölkənin mövcud olduğunu söyləməsinin bir yoludur. Gürcüstan kiçik ölkədir. Bu qələbə ona görə vacibdir ki, insanlar Gürcüstan haqqında daha çox məlumat əldə edəcəklər. Göz yaşlarını saxlaya bilməyən çox insan gördüm. Avropa çempionatına çıxmaq məşqçi kimi ən yaxşı nailiyyətimdir. Üç il əvvəl təklifi qəbul edən vaxtı məndən soruşurdular ki, niyə ora gedirsən? İndi deyə bilərəm ki, biz çox çalışdıq və nəyəsə nail olduq. Mən həm məşqçi, həm də insan kimi xoşbəxtəm və çox xoşbəxtəm".

Qeyd edək ki, Gürcüstan Almaniyada keçiriləcək final mərhələsində Çexiya, Türkiyə, Portuqaliya ilə birlikdə F qrupunda yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right