Millimiz Avropa çempionatının final mərhələsində

Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, yığmamız Kiprin Limassol şəhərində keçirilən seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 15:13 hesabı ilə üstələyən kollektivimiz adını finala yazdırıb.

Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb. Basketbolçularımız həlledici oyunda da meydançadan 20:16 hesabı ilə qalib ayrılıb.

Beləliklə, yığma komandamız 9-11 sentyabr tarixlərində Avstryanın Qras şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. 

Xatırladaq ki, Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib. Komandamız ilk dəfə 2014-cü ildə AÇ-nin iştirakçısı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right