Fərid Qayıbov Avropa çempionatında uğur qazanmış cüdoçularla görüşdü

Mayın 11-də gənclər və idman naziri Fərid Qayıbov cüdo üzrə Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.

 

Newsport.az xəbər verir ki, cüdoçularımız aprelin 29-dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş qitə birinciliyində 3 medal qazanıblar. 73 kq çəki dərəcəsində Hidayət Heydərov Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medal qazanıblar.

 

Cüdo üzrə milli komandanın üzvlərini salamlayan nazir onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right