"Qərara gəldilər ki, bütün küçələrdə velosiped yoları salınsın" - Sahib Ələkbərov

Son illər ölkəmizdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə xeyli artıb. Amma velosiped həvəskarlarını narahat edən əsas məsələ yol kənarlarında onlar üçün cığırların olmamasıdır. Halbuki velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etmək həm ekoliji, həm də insan orqanizminin sağlamlığı baxımından olduqca xeyirlidir. Velosiped cığırlarının salınması üçün Azərbaycan Velosiped İdmanı Federasiyası müvafiq dövlət strukturlarına müraciət edibmi?

Məsələ ilə bağlı Newsport.az-a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bunları deyib:

"3 il bundan əvvəl belə bir müraciət etmişik. Təkcə Nəqliyyat Nazirliyinə yox, bütün aidiyyatı qurumlara. Dövlət Arxitektura Komitəsinə, İcra Hakimiyyətlərinə müraciət ünvanlamışıq. Bu məsələ dəfələrlə televiziyalar vasitəsilə də gündəmə gətirilib. "Ağ Şəhər"in layihəsi hazırlananda, orada əvvəlcə 1 km-lik velosiped zolağının salınması planlaşdırılırdı. Müvafiq şəxslərlə söhbət etdikdən sonra fikirlərini dəyişdilər və qərara gəldilər ki, ordakı bütün küçələrdə velosiped zolağı salınsın. Məndə olan məlumata görə, Gəncədə tramvay nəqliyyatını bərpa etməyi düşünürlər. Tramvay dayanacaqlarının yanında isə velosipedləri saxlamaq üçün yerlərin salınması da planlaşdırılır. Yəni, tramvaydan düşüb velosipedə minirsən və onu növbəti dayanacaqda qoyursan. Bu, Avropada geniş yayılıb. Biz də buna doğru addımlayırıq. Avropada velosiped yollarının uzunluğu avtomobil yollarının uzunluğundan çoxdur. Hətta velosiped yollarının işıqforu da var. Elə dayanacaqlar var ki, on minlərlə velosiped saxlanılır. Amma bir məsələ var - onlar bu yolu 100 ilə keçibsə, biz 5-10 ilə keçmək istəyirik (gülür). Faktiki olaraq bu işlə 4-5 ildir ki, məşğul oluruqvə xeyli irəliləyiş əldə olunub. Artıq İçərişəhərdə, Milli Parkda və Sumqayıtda velosiped dayanacaqları var. Bu artıq bir dəb halını alıb.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right