Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın qadın şahmatçıları aprelin 19-da Yunanıstanın Rodos adasında keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Newsport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova və Səbinə Rzalı mübarizə aparacaq.

10 turdan ibarət yarışa aprelin 29-da yekun vurulacaq.

Qeyd edək ki, 2022-ci ildə Günay Məmmədzadə Avropa çempionatında gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right