Millimizin üzvü Macarıstan çempionu oldu

Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Newsport.az xəbər verir ki, təcrübəli blokçumuzun komandası “Vasas” finaldakı rəqibi “KNRC” klubunu hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb. Ayşən komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 ace) qazanıb.

Qeyd edək ki, Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right