"Qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyulub"

“Çətin  oyun oldu. Rəqib yaxşı hazırlaşmışdı. 10 gün əvvəldən toplanışa yığışmışdılar. Uşaqlar mübarizə apardılar, məncə yaxşı oynadılar".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Qazaxıstana uduzduqları matçdan (2:4) sonra deyib. O,görüşdə hakim qərarlarından narazı qaldığını bildirib: 

"Fikrimcə, hakim 3-cü qolda səhvə yol verdi. Oyunçumuz topu fitsiz başladığına görə referi yenidən fit verdi. Belədə topa yenidən toxunuş olmalı idi. Amma bizim dayanmağımıza baxmayaraq, rəqib futzalçı topu götürüb qapımıza qol vurdu. Halbuki bundan əvvəl belə bir epizod olmuşdu, hakim yenidən başlatdı oyunu. Rəqibin qapıçısı da onlar üçün əlavə üstünlük qazandırır. Düzdür, qolu onun səhvindən vurduq. Amma İqitanın zərbələri çox futzalçıdan qüvvətli və dəqiq olur. Qazaxıstan millisinin 6 üzvü bir klubda, 11 oyunçusu isə eyni çempionatda oynayır".

O, Qazaxıstanla oktyabrın 11-də keçirəcəkləri cavab matçına daha yaxşı hazırlaşacaqlarını qeyd edib: Hazırlığa oktyabrın 2-də başlasaq da, tam heyətlə cəmi 2 gün məşq etdik. Oyunçular klublarından gec gəldilər. İlk məşqdə cəmi 6 oyunçumuz var idi. Yalnız son məşqdə tam heyətlə hazırlaşdıq. Cavab oyununda hazırlaşacağıq. Hər şey ola bilər. Felipinyo ikinci sarı vərəqə aldığına görə, cəzalı vəziyyətə düşdü. Sağ ayaqla oynayan 2 oyunçudan birini itirdik. Orada çətin olacaq. Çünki zal tam dolacaq və komandalarını qələbəyə səsləyəcəklər. Biz də uduzmaq üçün çıxmayacağıq.

O, qarşılarına hədəf olaraq mundialın əsas mərhələsinə vəsiqə qazanmağın qoyulduğunu deyib: "Rəhbərlik qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyub”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right