DÇ-2024: Millimizin heyəti açıqlandı

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit-raund mərhələsində Qazaxıstanla keçirəcəyi oyunların heyəti açıqlanıb. Newsport.az xəbər verir ki, baş məşqçi Vitali Borisov 14 oyunçuya dəvət göndərib.
 
Komanda bu gündən təlim-məşq toplanışına başlayacaq.
 
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)
 
Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan).
 
Qeyd edək ki, millimiz Qazaxıstanla oktyabrın 6-da Bakıda, beş gün sonra Astanada üz-üzə gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right