Azərbaycan millisinin qapıçısı: "Anlaşılmazlıq var idi"

Futzal üzrə Azərbaycan millisinin və Qazaxıstanın "Atırau" klubunda çıxış edən Rövşən Hüseynli federasiyanın mətbuat xidmətinə müsahibə verib. 

Newsport.az Qazaxıstanda legioner həyatı yaşayan milli üzvünün müsahibəsini təqdim edir. 

- Qazaxıstanda yeni mövsümə ötən həftə start verildi. “Atırau” çempionata necə başladı?

- Yaxşı başladıq. Dogma meydanda 2 oyun keçirdik. “Astana” ilə ilk matçda 4:3, növbəti görüşdə 1:0 hesabı ilə qələbə qazandıq. Hazırda 6 xalla ilk iki pillədən birində qərarlaşmışıq.

- Necə fikirləşirsən, cari mövsümdə “Kayrat”a güc göstərəcək komandalar var?

- Ötən illə müqayisədə cari mövsümdə güclü komandalar çoxdur. “Ayat”dan başqa bura “Atırau”, “Aktobe”, “Semey” klubunu da əlavə etmək olar. Hər bir iştirakçı istənilən komanda ilə mübarizə aparacaq gücdərdir.

- Bir neçə gündən sonra DÇ-202-4-ün elit-raund mərhələsi çərçivəsində Qazaxıstanla millimizin 2 vacib oyunu olacaq. Qazaxıstanlı futzalçılara daha yaxşı bələd olan biri kimi, oyunlarla bağlı nə düşünürsən?

- Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar bərabərdir: 50-nin 50-yə. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi, tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər.  

- Rəqibin güclü tərəfləri hansılardır?

- Onlar daha rəqabətli çempionatda çıxış edirlər. Düzdür, ölkə xaricində ancaq Leo oynayır – Braziliya çempionatında, amma Qazaxıstan çempionati bu gün Avropada seçilən liqalardandır. Bayaq qeyd etdiyim ki, komandalar bir-biri ilə başabaş mübarizə aparacaq gücdədirlər. Bu da oyunçuların daha hazırlıqlı olmasına imkan verir. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi aradan qaldırmağa çalışacağıq.

- Əsas tapşırıq nə olacaq?

- Əlbəttə, Bakıdakı oyun zamanı dogma meydan amilindən yararlanmalı, maksimum xalla ayrılmalıyıq. Çünki onlarla keçirəcəyimiz 2 oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan maksimum istifadə etməyə çalışacaq. Üstəlik, biz səfər edəcəyimizə görə yol yorğunluğu ola bilər. Bundan başqa, ilk oyundan sonra hər iki komanda bir-birini daha yaxşı tanımış olacaq. Onlar da oyuna ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar.

- Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra Niderlandı böyükhesabla yendik. Bu qrafikin artan xətt üzrə davam edəcəyini gözləmək olarmı?

- Məncə, elə də olacaq. Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan sonra demək olar, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi. Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik.

- Qazaxıstandan baş məşqçi üçün hansısa “sirr” gətirmisən?

- (gülür) Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ ki, görüşümüz olmayıb. Toplanış vaxtı danışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right