Vitali Borisov ən çox qol vuranlar sırasında

Futzal üzrə Çempionlar Liqasında ən çox qol vuran oyunçuların adları açıqlanıb. Newsport.az xəbər verir ki, siyahıda azərbaycanlı futzalçı da var.
 
Bu, hazırda millimizin baş məşqçisi vəzifəsini icra edən Vitali Borisovdu. O, uzun illər “Araz-Naxçıvan”ın formasını geyinib, bu klubla bürünc medal qazanıb. Borisov həmçinin Serbiya çempionu “Ekonomaç”la da ÇL-də iştirak edib.
 
O, ümumilikdə 45 qolla turnirin ən məhsuldar 4-cü oyunçusudu. Lider əfsanəvi portuqaliyalı Rikardinyodu. Bu mövsüm Latviya klubu “Riqa”nın heyətində Çempionlar Liqasında çıxış edən Rikardinyo aktivinə 55 qol yazdırıb.
 
Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”in son sakini 44 topla Kirilodu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right