“Biz final mərhələsinə vəsiqə qazanmaq istəyirik”

“Doğma meydanda oynadığımıza görə, qələbədən başqa seçim imkanımız yox idi. Azərbaycan millisi azarkeşləri önündə daha yaxşı oynayır. Düzdür, ilk matçdan məğlub döndük. Həmin qarşılaşmada da pis çıxış etməmişdik, sadəcə epizodları realizə edə bilmədik. Bu dəfə əksəriyyətini qol çevirməyi bacardıq. Nəticədə böyükhesablı qələbə qazandıq”. Newsport.az xəbər verir ki, bunu Azərbaycan futzal yığmasının müdafiəçisi Qallo deyib.

Yığmamız dünya çempionatının elit-raundunda Niderland üzərində böyük hesablı qələbə qazanıb – 6:1. Bu oyun haqda danışan Qallo komandanın hədəfini açıqlayıb: “Növbəti oyunumuz qrup lideri Qazaxıstana qarşı olacaq. Bu komandanın gücü, oyunu haqda danışmaq artıq olar. Amma biz Bakıda fərqli oynayacağıq. Rəqib üçün burada meydana çıxmaq çətin olacaq. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində oynayıblar. Lakin biz də zəif komanda deyilik. Əlbəttə, prioritet 3 xal qazanmaq olacaq. Çünki final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərə təşəkkür edirik, bu gün bizi dəstəklədilər. Onlardan Qazaxıstanla oyunda yenidən zala gəlməyi, dəstək verməyi istəyirik”.

Onun fikrincə, milli qrup liderliyinə iddialıdır: “Qazaxıstanı Bakıda yensək, mübarizə yenidən başlayacaq. Sona qədər mübarizə aparacağıq. İndidən liderlikdən əlimizi üzdüyümüzü demək olmaz. Qarşıdakı oyun çox suala aydınlıq gətirəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right