"Azərbaycan mənə əzizdir" - Niderland millisinin baş məşqçisi

“İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Mən daha əvvəl Azərbaycanda işləmişəm. Ona görə də bu ölkə mənə əzizdir. Matça gəldikdə, bu gün daha yaxşı oynaya bilərdik. Lakin ümumi götürdükdə oyunçularımdan narazı deyiləm”.

Newsport.az xəbər verir ki, bu sözləri futzal üzrə DÇ-2024-ün Elit raundu çərçivəsində Bakıda Azərbaycan yığmasına 1:6 hesabı ilə uduzan Niderland millisinin baş məşqçisi Migel Andres deyib.

O, ardıcıl 2 yenilgiyə baxmayaraq, sona kimi mübarizə aparacaqlarını bildirib: “1, ya 2 məğlubiyyət bizim üçün faciə deyil. Qrupda mübarizə davam edir. Bəzi oyunçular yenidirlər və onları tanımalıyam”.

Migel Andres yenidən Bakıda olduğu üçün məmnunluğunu bildirib: “Yenidən Bakıda olmaq çox xoş oldu. Məmnunluq hiss duydum. Burada insanlardan xoş münasibət, qonaqpərvərlik gördük”.

Yenidən ölkəmizdə çalışmağa hazır olduğunu söyləyən Andres Qazaxıstan və Azərbaycan millilərini müqayisə etməkdə çətinlik çəkdiyini söyləyib: “Bu iki komanda ilə fərqli situasiyalarda qarşılaşmışıq. Biz Qazaxıstana qarşı evdə oynamışdıq. Həmin matçda komandamız daha istəkli idi. Lakin bu gün səfərdə çıxış eidrdik. Tam istədiyimiz kimi hazırlaşa bilmədik. Üstəlik, uzaq səfər də bir qədər yorğunluğa səbəb oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right