Azərbaycan futzal millisinin baş məşqçisi: “Niderlandla oyunda xal itirmək olmaz”

“Niderlandla oyunda xal itirmək olmaz”.

Newsport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, DÇ-2024-ün elit-raundunda Niderlandla keçiriləcək matça hazır olduqlarını bildirib: “Rəqibin Qazaxıstanla oyununu izləmişik. Onlar da bu görüşə ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, sentyabrın 17-dən Bakıdadırlar. Baş məşqçiləri tanış simadır. Migel vaxtilə millimizin məşqçisi olub. Onunla həm də Rusiya klubunda oynayan zaman işbirliyimiz olub. Çətin və bizim üçün əsas oyundur. Bir növ qrupda finala bərabər görüş olacaq. Azarkeşlərin dəstəyi ilə 3 xal qazanacağımıza inanıram”.

Baş məşqçi heyətdə ciddi itkinin olmadığını, cəmi bir dəyişikliyə əl atdıqlarını söyləyib: “Komanda Rumıniyadan döndükdən sonra məşqlərini hər gün Bakı İdman Sarayında davam etdirir. Heyətdə cəzalı və ya zədəli futzalcı yoxdur. Bu, bizim üçün müsbət məqamdır. Psixoloji baxımdan da oyunçularla söhbət etmişik, artıq ilk oyunu unutmalı, Niderlandla matça köklənməliyik. Rumıniya ilə matçla müqayisədə heyətə ciddi dəyişiklik etməyəcəyik. Sadəcə, İsa Atayevin əvəzinə Manekanı komandaya dəvət etmişik. Bu dəyisiklik sırf məşqçilər korpusunun qərarıdır”.

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Niderland görüşü saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right